Gəncədə polislər yaşlı kişini döyüb
Bizi izləyin

Qırmızı.az

Gəncədə polislər yaşlı kişini döyüb

Azərbaycanda polislər yaşlı kişini döyərək xəstəxanalıq ediblər.

Xudiyeva Naibə Sədrəddin qızının ANS PRESS-ə bildirdiyinə görə, iki polis onun həyat yoldaşı Əmiraslanov Yuri İslam oğlunu vəhşicəsinə döyüblər.

Naibə Xudiyevanın sözlərinə görə, onun həyat yoldaşı maşınla evə gələrkən onun qarşısında polis maşını dayanıbmış. Yuri Əmiraslanov yolun verilməsi üçün siqnal verib. Bu isə polislərin xoşuna gəlməyib.

Kəpəz rayonunda 5-ci mikroyanda, bina 6-nın qarşısında iki polis 70 yaşlı Yuri Əmiraslanov döyüblər. Əmiraslanov yaxnları tərəfindən 3 nömrəli şəhər xəstəxanasına aparılıb. O, travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə onun vəziyyəti normaldır.

Naibə Xudiyevanın sözlərinə görə polislərdən birinin adı Uğur, digərinin adı isə Ruslandır.

Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da zəngə cavab verən olmadı.

Mövzunu diqqətdə saxlayacağıq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm