“QHT Şurasının başlatdığı kampaniyaya hər kəs dəstək verməlidir”
Bizi izləyin

Qırmızı.az

“QHT Şurasının başlatdığı kampaniyaya hər kəs dəstək verməlidir”

“QHT Şurasının başlatdığı kampaniyaya hər kəs dəstək verməlidir”

Ceyhun Ələkbərov: “Təşkilat olaraq müraciətlərimizi göndərmişik”

“Fevralın 26-da “Qalatasarayla” - “Çelsi” qarşılaşması zamanı Xocalı soyqırımının qurbanlarının 1 dəqiqəlik sükutla anılmasına nail ola bilsək, böyük uğura imza atmış olarıq”.

Bunu açıqlamasında Xocalı sakini, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov sözügedən məsələ ilə bağlı QHT Şurasının başlatdığı kampaniyaya münasibət bildirərəkən deyib.

O, əlavə edib ki, bu, sıradan bir məsələ deyil: “Qalatasaray” Türkiyədə, eləcə də dünyada ən çox azarkeşi olan komandalardan biridir. “Çelsi” də İngiltərədə və dünyada ən populyar komandalardan biridir. Məsələ təkcə bununla bitmir.

Bu qarşılaşma Çempionlar Liqası kimi dünyada ən prestijli klub turniri çərçivəsində keçirilidiyinə görə dünya mediasının diqqət mərkəzində olur. Bu oyuna dünya mediasının diqqəti təkcə Çempionlar Liqasına görə deyil, digər faktorlara görə də olacaq”.

Onun sözlərinə görə, Qalatasarayın baş məşqçisi olan italiyalı mütəxəssis Roberto Mançini dünyada ən populyar məşqçilərdən biridir. Çelsinin baş məşqçisi portuqaliyalı mütəxəssis Joze Mourinyo isə dünyada bir nömrəli məşqçilərdəndir və onun idarəçiliyi ilə baş tutan bütün oyunlar da dünya mediasının diqqət mərkəzində olur.

Bundan başqa hər iki komandanın heyətində daim izlənilən superulduz oyunçular var. Qalatasarayın heyətində yer alan Hollandiyalı superulduz Uesli Sneyder və Fil Dişi sahilindən olan Didye Droqba dünya səviyyəli oyunçulardır.

Təsəvvür edin ki Mançini, Sneyder və Droqba və digərləri qollarında qara lentlə oyuna çıxırlar. Bunu təkcə İtaliya, Hollandiya və Fil Dişi Sahili mətbuatı deyil, bütün dünya mətbuatı işıqlandıracaq.

Hələ hər iki komandanın heyətində olan ispan, braziliyalı və digər ölkədən olan oyunçuları demirəm. Beləliklə də biz, Xocalı soyqırımı ilə bağlı misilsiz təbliğat aparmış olacağıq”.

Artıq təşkilat olaraq bunun üçün Uefaya, “Çelsiyə”, “Qalatasaray”a, Türkiyə Futbol Federasiyasına və Türkiyə İdman Naziriliyinə rəsmi müraciət ünvanladıqlarını deyən Ceyhun Ələkbərov bu kampaniyaya hər kəsin dəstək verməli olduğunu dedi: “Bir Xocalı sakini olaraq hər kəsə bu kampaniyaya görə öz təşəkkürümü bildirirəm. Gücümüz birliyimizdədir. Biz, yalnız bir olaraq uğurlu nəticəyə imza ata bilərik”.

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm