Hacı Nuran 2 ildən sonra Azərbaycana qayıdır
Bizi izləyin

Qırmızı.az

Hacı Nuran 2 ildən sonra Azərbaycana qayıdır

"Çox həyəcanlıyam... Sabah (02.02.2015) inşallah Azərbaycana qayıdıram. Axşam saat 19:00 radələrində təyyarə Bakıya enəcək"

Publika.az xəbər verir ki, bunu uzun müddətdir Almaniyada xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış teleaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə vasitəsilə bəyan edib:

"Əziz həmvətənlər! Mən uzun müddətdir ki, sağlamlığımla bağlı Vətəndən kənarda müalicə alırdım. İcazə verin, mən böyük səmimiyyətlə mənim müalicəm üçün ilk başdan indiyə kimi göstərilən diqqətə, maddi yardıma, yüksək qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli, xeyirxah insan Mehriban xanım Əliyevaya və Fondun vitse-prezidenti humanist insan Leyla xanım Əliyevaya öz minnətdarlığımı bildiririm.

Həmçinin bu çətin günlərimdə ilk günlərdən indiyə kimi yanımda olan bütün dostlarıma, adını tanımadığım insanlara mənə göstərdikləri mənəvi və maddi dayağa görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Mənim əzizlərim, hamınız üçün çox darıxmışam!

Müalicəm hələ bir neçə il davam edəcək. Lakin ölkəmdə tarixi bir hadisə - Birinci Avropa Oyunlarının keçirildiyi bir vaxtda kənarda qala bilmədim. Çox istədim ki, mən də hamı kimi bu işdə öz töhfəmi verim.

Artıq iki ildən çoxdur ki, xəstəliyimlə əlaqədar Vətənden uzaqda müalice aldığım üçün doğmalarımdan uzaq düşmüşəm. İlk növbədə mərhum valideyinlərimin məzarını ziyarət edəcəm (Allah bütün həyatdan köçən insanlara rəhmət elsin).

Mavi Xəzərimlə bir anlıq baş-başa qalıb, dalğalarının pıçıltısına qulaq asmaq isteyirəm.

Mənə edilən dualarınız üçün Sizə səmimi qəlbdən təşəkkür edirəm. Allah sizdən razı olsun. Mən də ölkəmdə daima firavanlıq və sülh olmasını, xalqımın azad və xoşbəxt yaşamasını Ulu Tanrıdan diləyirəm!

Arzu edirəm ki, düşmən tapdağında olan torpaqlarımız, gözəl Qarabağımız tezliklə azad olsun və bu torpaqlarımızda sülh, əminamanlıq olsun!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm