Qırmızı.az
Tanınmış hüquqşünas avtomobil qəzasına düşdü
Bu gün saat 17.30-da Zabrat-Maştağa yolunda - “Kross”
marketin qarşısında avtomobil qəzası olub.
Publika.az AZADİNFORM-a istinadən xəbər verir
ki, 10 NF 105 dövlət nömrə nişanlı “015” markalı avtomobil yüksək
sürətlə hərəkət edərkən Mübariz Huseynova məxsus 10 UP 130 dövlət
nömrə nişanlı “Mersedes” markalı avtomobili arxadan vurub.
Məlumata görə, qəza yerinə Sabunçu rayon Yol Polis İdarəsinin
əməkdaşları gəliblər. Avtomobildə tanınmış hüquqşünas Səməd Vəkilov
və FİFA referisi, mərhum Xəlil Hüseynlinin atası Oruc Tarverdiyev
da olub, onlar yüngül xəsarət alsalar da, xəstəxanaya getməkdən
imtina ediblər.
Faktı S.Vəkilov da təsdiqləyib. S.Vəkilov bildirib ki, o, 05 yanvar 2015-ci il tarixdə avtomobil qəzasında dünyasını dəyişmiş FİFA referisi, beynəlxalq dərəcəli hakim Xəlil Hüseynlinin atası Oruc Tarverdiyevlə birlikdə olub: “Kross” marketin qarşısında piyada keçidinə yaxınlaşarkən piyadalara yol vermək üçün avtomobilində olduğumuz M.Hüseynov sürəti aşağı saldı. Bu zaman arxadan çox sürətlə gələn maşın isə bizim əyləşdiyimiz avtomobili əzib keçdi, hadisə yerinə DYP əməkdaşları gəldi və qəzanı rəsmiləşdirdilər. Maşına ziyan dəysə də, özümüzə çiddi heç nə olmayıb”.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye