Bakı metrosunda maraqlı yenilik
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda maraqlı yenilik

Bakı metropolitenində köhnə hüdud xətlərinin yenilənməsi işləri görülür. Publika.Az-ın verdiyi məlumata görə, bütün metrostansiyalarda sərnişinlərin təhlükəsizliyinə xidmət edən hüdud xətlərinin elektronlaşdırılması nəzərdə tutulub.

Elektron hüdud xətlərinin üstünlüyü onun avtomatik işıqlandırma sistemi ilə çalışmasıdır. Yəni qatar platformaya daxil olub dayandıqdan sonra hüdud xətti yaşıl rəngdə işıqlanır və sərnişinlər bundan sonra qatara minib-düşə biləcəklər. Müasir hüdud xətti ilk olaraq metronun “Koroğlu” stansiyasında quraşdırılıb. Yeni təmir edilən “28 May” stansiyasında da bu sistem tətbiq ediləcək. Gələcəkdə bütün stansiyaların müasir təhlükəsizlik sistemi ilə təmin edilməsi planlaşdırılıb. Hüdud xəttinin tələblərinə riayət edilməməsi səbəbindən hər il xeyli insan relslərin üstünə yıxılması və ya qatarın güzgüsünə dəyməsi nəticəsində müxtəlif xəsarətlər alır.

Elturan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm