• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Lamiyə olayı”nda YENİLİK - Cinayət işi yenidən araşdırılacaq - VİDEO

“Lamiyə olayı”nda YENİLİK - Cinayət işi yenidən araşdırılacaq - VİDEO

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyevin işi ilə bağlı yenilik var. Modern.az saytı xəbər verir ki, son günlər mətbuatın əsas müzakirə mövzusu olan bu olay yenidən araşdıralacaq. Belə ki, qətldə təqsirləndirlən Vüqar İbrahim oğlu Əliyevin qohumları məsələnin ölkə mediasının diqqətini çəkdiyini nəzərə alaraq, yeni vəkil tutublar. Tanınmış vəkil Adəm Məmmədov Vüqar Əliyevin hüquqlarının qorunmasına cəlb edilib.


Modern.az bildirir ki, bu barədə vəkil A.Məmmədov belə deyib:

”Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd olunan cinayət işi üzrə Əliyev Vüqar İbrahim oğlunun yaxın qohumları mənimlə müqavilə bağladılar. Hazırkı iş üzrə digər məhkum Quliyeva Lamiyə Sahib qızıdır. Hökmlə tanış olduqdan sonra belə qənaətə gəlirəm ki, ədalət bərpa olunacaq”.


Vəkil əlavə edib ki, qəsdən adam öldürmə işləri üzrə bir nəfərin öldürülməsinə görə məhkəmə təəcürbəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsinin statistik göstəricilərdə faiz dərəcəsi sıfıra bərabərdir.


"Əliyev Vüqar İbrahim bu işdə iştirak etsə belə, əvvəllər məhkum olunmamış və bir nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinə görə ömürlük azadlıqdan məhrum edilməsi məntiqə və məqsədə uyğun deyil.

İstinitaqçılar belə nəticiyə gəliblər ki, güya, bu cinayət hadisəsi Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başıçısı Aslan Aslanovun xidməti vəzifəsini təsirləndirilən şəxsin və ya onun ailə üzvlərinin (torpaq mübahisəsi) maraqlarına zidd şəkildə icra etməsi səbəbilə baş verib. Bu səbəbdən də Əliyev Vüqar İbrahim oğluna Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsilə də ittiaham verilib.

Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsində zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə cinayəti nəzərdə tutulub.
Aslan Aslanovun oğluna rəhmət və ailəsinə səbr diləyirik. Lakin bütün bunlara baxmayaraq, Aslan Aslanov məhkum Əliyev Vüqar İbrahim oğlunun ömürlük azadlıqdan məhrum edilməsinə öz qulluq mövqeyindən istifadə edərək hüquq-mühafizə orqanlarına təsiri ilə nail olub".

Qeyd edək ki, Şəmkirin eks-icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər təqsirləndirilərək həbs olunub. Bunlar yuxarıda adları qeyd olunan Vüqar Əliyev və son günlər mətbuatın gündəmindən düşməyən Lamiyə Quliyevadır.


Hazırda media Lamiyə Quliyevanın həbsxanada atasız uşaq dünyaya gətirməsinin necə baş verdiyini araşdırmağa çalışır. Ölkəyə səs-küy salmış bu olaya Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev və Ombudman Elmira Süleymanova münasibət bildirsələr də, Lamiyə Quliyevanın evli olmaya-olmaya qadınlar üçün cəzaçəkmə müəssisənində kimdən hamilə qaldığına və doğulan uşağın atasının kim olduğuna aydınlıq gətirə bilməyiblər.


Xatırladaq ki, Lamiyə Quliyeva və Vüqar Əliyev nişanlı olublar. Onlar 2003-cü ildə Şəmkirin o vaxtkı icra başıçısı Aslan Aslanovun oğlu Ruslanın qətlində təqsirləndirilərək həbs olunublar. Məlumatlara görə, Ruslan Lamiyəni zorladığına görə, qətlə yetirilib.

Lamiyənin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.


Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da uşaq dünyaya gətirib.


Lamiyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub. O, Qobustandakı cəzaçəkmə müəssisəsində ömürlük cəza çəkir.


Təqsirləndirilən şəxslərin işi ilə bağlı 2003-cü ildə keçirilmiş məhkəmənin sonuncu - Lamiyə Quliyeva və Vüqar Əliyevə hökm oxunan prosesin videoyazısını təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR