Zakir Qaralov Şamaxıda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov Şamaxıda qəbul keçirəcək

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov fevralın 13-də saat 11:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm