• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Alman tələbələr azərbaycanlı müəllimi seçdi

Alman tələbələr azərbaycanlı müəllimi seçdi

Bu gündən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev Almaniyanın Zigen Universitetində (Universität Siegen) “Beynəlxalq nəqliyyat əməliyyatları” fənnini tədris edəcək.

Azərbaycan Dövlət İqtisad Universitetindən Publika.az-a verilən məlumata görə, azərbaycanlı müəllimin tədris edəcəyi fənni tələbələr özü seçib. Kursda ADİU-nun beş, Zigen Universitetinin isə on üç tələbəsi iştirak edəcək.

Dərslər ingilis dilində keçiriləcək və fevralın 6-dək davam edəcək. Həmçinin tədris prosesinin bir hissəsi kimi, alman şirkətlərinə səfərlər də təşkil olunacaq.

Dərsləri uğurla bitirən alman və azərbaycanlı tələbələrə ADİU-nun kreditləri veriləcək, sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Anar Rzayev Xəzər Universitetin Beynəlxalq münasibətlər və hüquq elmləri fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nyu-Yorkun Sirakuz Universitetində təhsil alıb və orada “Dekanın şərəf siyahısına” daxil edilib. Magistr dərəcəsini isə fərqlənmə diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktorudur. Azərbaycan, rus, ingilis və fars dillərini bilir.ADİU Zigen Universiteti ilə uzun illərdir əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi həyata keçirir, birgə yay və qış məktəbləri təşkil olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR