• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda məktəbli intihar etdi

Bakıda məktəbli intihar etdi

Paytaxtın Sabunçu rayonu ərazisində intihar hadisəsi qeydə alınıb.

Sabunçu Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, dünən səhər saatlarında adıçəkilən rayonun Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi savxozu, ev 58-də yaşayan Əli Akif oğlu Məmmədov özünü evin həyətindəki yardımçı tikilidə asaraq intihar edib.

Prokurorluqdan bildirilib ki, 1999-cu il təvəllüdlü məktəbli oğlanın hansı səbəbdən öz həyatına qəsd etməsi hələlik bəlli deyil.

Qeyd edək ki, özünə qəsd edən yeniyetmə Kürdəxanı qəsəbəsi, Məşədi Adil 4 ünvanında yerləşən 113 nömrəli tam orta məktəbin şagirdi olub.

Məsələ ilə bağlı Publika.az-a danışan məktəbin direktoru Solmaz Naməli qızı Məmmədovanın sözlərinə görə, mərhum Əli Məmmədovun sinif yoldaşları və müəllimlə arasında heç bir problemi olmayıb:

«Hadisə bazar günü baş verib. Biz xəbəri eşitdikdə dəhşətə gəldik. Əlinin heç kimlə problemi, narazılığı olmayıb. O, məktəbin 10-cu sinfində təhsil alırdı. Əli elə bir uşaq idi ki, hamı onu çox istəyirdi. O, hər gün dərsə gələn, davamiyyəti normal olan şagird olub. Biz öz tərəfimizdən bununla bağlı dəqiqləşdirmə aparmışıq və məlum olub ki, onun özünə qəsd etməsinin səbəbi məktəblə bağlı məsələ deyil. Rayonun hüquq mühafizə orqanları da bu məsələ ilə yaxından məşğul olurlar. Qeyd edim ki, artıq Əli dəfn edilib. Biz onun yas mərasimində də iştirak etmişik. Ola bilər ki, o, özünü ailədaxili hansısa məsələyə görə öldürmüş olsun. Bunu onun valideynlərindən soruşmaq lazımdır. Yəqin ki, polis və prokurorluq bu məsələni də araşdıracaq».

Qeyd edək ki, Sabunçu Rayon Prokurorluğu faktla bağlı araşdırmaları davam etdirir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR