Avropanın aparıcı jurnalında Gəncə haqqında məqalə dərc olundu
Bizi izləyin

Qırmızı.az

Avropanın aparıcı jurnalında Gəncə haqqında məqalə dərc olundu

“Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyevin məqaləsi Avropanın aparıcı “Diplomatiya və Mədəniyyət” jurnalında çap olunub.

Publika.az xəbər verir ki, məqalədə Gəncə şəhərinin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsinin ölkəmiz və şəhərimiz üçün çox böyük uğur, eyni zamanda böyük məsuliyyət olduğu vurğulanır. 2016-cı il üçün hazırlıq mərhələsində fəaliyyət proqramının əsasən ən aktual olan 5 sahəni-təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı məsələlərini əhatə etdiyi bildirilir. Layihənin icrası zamanı ictimaiyyətin geniş iştirakını təmin etmək üçün müxtəlif işçi qrupları və nəzarət şuraları yaradıldığından bəhs edilir.

Qeyd edək ki, Gəncə şəhəri 2012-ci ildə Azərbaycanın ilk “Gənclər Paytaxtı”, 2013-cü ildə isə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm