• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Magistr olmaq istəyənlərin nəzərinə: Qəbul başlandı

Magistr olmaq istəyənlərin nəzərinə: Qəbul başlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyənlər üçün ərizə qəbuluna başlayır.

TQDK-dan Publika.az-a verilən məlumata görə, ərizə qəbulu fevralın 3-dən 12-dək aparılacaq.

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr TQDK-nın internet saytının müvafiq səhifəsinə(eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu özü təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (ətraflı məlumateservices.tqdk.gov.az/erizemag/erize səhifəsindəki aktual keçidlərdə verilmişdir).

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları imtahanda iştirak etmək üçün “Bakalavrın elektron ərizəsi” formasını doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini TQDK-da təsdiq etdirməlidirlər (Ünvan: Yasamal rayonu, M. Müşfiq küçəsi, 1A).

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi fevralın 22-də, ikinci mərhələ aprelin 26-da keçiriləcək. Bir sıra qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər (“Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcəkdir).

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilir. Bakalavrın imtahan verəcəyi şəhər TQDK tərəfindən bakalavrın ərizəsində göstərdiyi faktiki yaşadığı məntəqəyə görə, bu məntəqə göstərilmədiyi halda, onun qeydiyyatda olduğu məntəqəyə görə təyin edilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR