Maştağada namus üstündə qətl -TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Maştağada namus üstündə qətl -TƏFƏRRÜAT

Sabunçu rayonunun Maştağa qəsəbəsində qətl hadisəsi törədilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq öldürüb.


Rayon polis idarəsi və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elşad Mustafayev tutulub. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, qanlı cinayət hadisəsi namus üstündə törədilib. Eşlad Mustafayevin qardaşı bir müddət əvvəl vəfat edib. Öldürlən Namiq Əliyev onun mərhum qardaşının dul qalan arvadı ilə intim münasibət qurub. Elşad Mustafayev bundan xəbər tutub və qanlı cinayət hadisəsini törədib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm