Azərbaycanda hər 8 nəfərdən birinin avtomobili var
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda hər 8 nəfərdən birinin avtomobili var

“Azərbaycanda hər 8 nəfərdən birinin avtomobili var. Elə ailələr var ki, onların 2, 3, hətta 4 avtomobili var”.

Bu barədə Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Avtomobillərin harada gəldi park edilməsindən danışan şöbə rəisi bildirib ki, sürücülər çox vaxt qayda-qanunlara əməl etmirlər: “Hamımızın avtomobilimiz var və hər birimiz tələb edirik ki, 100 metrdən bir, getdiyimiz istiqamətdə duracaq olsun, həm də pulsuz. Biz rahat və təhlükəsiz hərəkət edə bilək. Əslində, bu, başa düşüləndir, amma ən azından sürücü özü də düşünməlidir ki, qayda-qanun onları yerinə yetirmək üçündür. Əgər hər bir məktəbin qarşısında duracaq qoyulsa, təhsil müəssisələrinə gediş-gəliş mümkün olmaz”.

Şöbə rəisi həmçinin bildirib ki, Sovet dövründə hamı ictimai nəqliyyatdan istifadə edirdi.

O dövrdə ictimai qınağın olduğunu deyən V. Əsədovun sözlərinə görə, sürücülər qarşısında müəyyən tələblər var idi: “Bu göstəriciləri müqayisə etmək istəməzdim. İndi yaradılan şərait daha yüksəkdir və əldə edilən bu göstəricilərdən də sürücülər səmərəli istifadə etməlidir”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm