Qənirə Paşayeva partlayışda zərər çəkən ailələrə baş çəkdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva partlayışda zərər çəkən ailələrə baş çəkdi

Millət vəkili Qənirə Paşayeva Tovuzda evi yanan və qaz partlayışı nəticəsində zərər görən ailələri ziyarət edib və insanları mənzillərini sığorta etdirməyə çağırıb.

Millət vəkili Qənirə Paşayeva bir müddət öncə, fərqli günlərdə evi qaz partlayışı nəticəsində partlayan ailələri ziyarət edib. Abulbəylidə, Tovuz rayon Yusif Sadıqov küçəsində yaşayan Həsənova Qəribə İslam qızının evində baş verən faciə nəticəsində həyatını dəyişən gəlini Əmiraslanova Ceyran Əhməd qızının vəfatı ilə bağlı ailəyə başsağlığı verib və bir daha belə acıların yaşanmamasını diləyib. Millət vəkilinə məlumat veriblər ki, maddi imkanları elə də yaxşı olmayan ailədə azyaşlı köprə anasız qalıb və ev, demək olar ki, tamam dağılıb. Evə baxan millət vəkilinə Fövqəladə Hallar nazirliyinin əməkdaşlarının hadisə yerində olduğu və hadisənin səbəbləri ilə bağlı araşdırmalara başladığı deyilib.

Millət vəkili ailəyə kömək məqsədilə Azərbaycan Dövlət Sığorta Qurumu ilə danışdığını, amma onların "təəssüf ki, ev sığorta olunmadığından köməklik göstərə bilmirik" cavabı verdiyini deyib. Millət vəkili kənd sakinləri ilə söhbətində onları evlərini sığorta etməyə çağırıb və bunun vacibliyi ilə bağlı fikirlərini bölüşüb və fikir mübadiləsi aparılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırmaların obyektiv aparılacağına inandığını deyən millət vəkili Qənirə Paşayeva ailəyə kömək məqsədilə müxtəlif qurumlara müraciət edəcəyini və əlindən gələn dəstəyi əsirgəməyəcəyini deyib. Millət vəkili eyni zamanda Bozalqanlıda evi qaz partlayışı nəticəsində ciddi zərər görən Əli Quliyevin də ailəsini də ziyarət edib və hadisə zamanı yanaraq böyük zərər almış ailənin xanımı Xoşqədəm xanımı ziyarət edərək ona keçmiş olsun diləklərini çatdırıb.

Hadisə baş verən gün ailə ilə və Rayon Mərkəzi Rayon Xəstəxanası və hadisə zamanı yanan və Bakıdakı 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılan qızları ilə bağlı Səhiyyə nazirliyinə müraciət etdiyini deyən millət vəkili çox şükr ki, daha ağır faciə yaşanmadı deyərək ailəyə keçmiş olsun diləklərini çatdırıb və bir daha belə acıların yaşanmamasını diləyib. Millət vəkili burada da sakinlərə mənzillərini mütləq sığorta etdirməyə çağırıb. Qənirə Paşayeva eyni zamanda rayonun Əyyublu kəndində evi yanan Nağıyeva Ceyran İslam qızının da ailəsi ilə görüşüb və ailəyə dəstək istiqamətində əlindən gələn dəstəyi əsirgəməyəcəyini deyib. Millət vəkili kəndlərdə sakinlərlə görüşlərində onları evlərini mütləq sığorta etdirməyə çağırıb və problemlərlə bağlı geniş fikir mübadiləsi aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm