"Rakurs.az” onlayn KİV-də yeni brend olacaq
Bizi izləyin

Qırmızı.az

"Rakurs.az” onlayn KİV-də yeni brend olacaq

Yaxın günlərdə «Racus» İnformasiya Agentliyi və xəbər portalı fəaliyyətə başlayacaq. Agentlik və sayt ölkədə, dünyada baş verən hadisələri operativ, qərəzsiz şəkildə olaraq oxucuların diqqətinə çatdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə təbliği ilə bağlı olaraq ciddi addımlar atmağı planlaşdırır.

“Racus» İnformasiya Agentliyi və xəbər portalı ilk vaxtlar azərbaycan, daha sonra rus və ingilis dillərində xəbər yayımını həyata keçirəcək.

www.rakurs.az xəbər portalı və «Racus» İnformasiya Agentliyi yüksək peşəkarlıq standartları tətbiq etməklə Azərbaycan jurnalistikasının ən yaxşı ənənələrinə sadiq qalmaqla, ciddi auditoriyanın tələblərinə cavab verən keyfiyyətli kontent təqdim edəcək. Eyni zamanda Agentlik və sayt peşəkarlarla işləməklə yanaşı, gənç jurnalistlər üçün yeni imkanlar açacaq, təcrübə proqramları təklif edəcək.

www.rakurs.az xəbər portalı və «Racus» İnformasiya Agentliyi Azərbaycan media sektorunda son illər formalaşmış yeni müsbət praktikanı təzə nümunələrlə zənginləşdirməyə çalışacaq.

Agentlik və xəbər portalı həmçinin beynəlxalq auditoriyaya dünyada baş verənləri Azərbaycan rakursundan dəyərləndirilməsinin çatdırılmasını da əsas vəzifələrindən biri hesab edir. Agentlik və saytın missiyasının elementlərindən biri də beynəlxalq ictimaiyyəti Azərbaycan rakursu ilə tanış etməkdir.

«Racus» İnformasiya Agentliyi və www.rakurs.az xəbər portalı “Visla advertising and media Company” həyata keçirdiyi media layihələrindən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm