Binəqədidə “lavrovıy list” əhvalatı
Bizi izləyin

Qırmızı.az

Binəqədidə “lavrovıy list” əhvalatı

Yəqin ki, Bakıda hər kəs “Təmiz Binəqədi” layihəsindən xəbərdardır. Paytaxtın gözəlləşdirilməsi üçün bu rayon xeyli iş görür və bu təqdirəlayiqdir.

Elə Binəqədi sakinləri də rayonun abadlaşdırılmasından məmnundurlar. Hətta o qədər məmnundurlar ki, parkın yaxınlığında yaşayan bir nənə həyətdə əkilən kollardan birini dəfnə kolu ("lavrovıy list") bilib. Tənbəllik etməyən qadın bir torba götürüb və düşüb kolların canına. Parkdan dərdiyi bitkiləri axşama hazırladığı şam yeməyinə tökən nənə bütün ailə üzvlərinin təəccübünə səbəb olub. Yeməyə nə tökdüyünü biləndən sonra isə ailədə bir müddət gülüş obyektinə çevrilib. Bu haqda məlumatı Binəqədi rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Məmmədova “facebook”dakı profilində paylaşıb.

Əslində, çox zaman fəaliyyətsizlikdə qınadığımız “Təmiz Binəqədi”yə biz hansı köməyi etmişik? Binəqədini nə dərəcədə qoruyuruq? Görünür, birinci növbədə insanları “yiyəsi yoxdursa, onu mənimsəyə bilərsən” vərdişlərindən azad etmək lazımdır. Evimizi necə yığışdırırıb təmizləyiriksə, rayonumuzu da eləcə təmizləməliyik. Əslində “lavrovıy list” olsa belə, parkda yaradılan hər şey həm estetik görünüş, həm də oksigen balansının artırılmasına hesalanır. Hərəmiz oradan “lavrovıy list” bilib bir yarpaq qoparsaq, parkda yaşıllıq qalarmı?

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm