• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Ağxalatlılar”: Yeganə oğlunu öldürüb orqanını satan “Professor” - 23+ FOTO

“Ağxalatlılar”: Yeganə oğlunu öldürüb orqanını satan “Professor” - 23+ FOTO

Yüksək kateqoriyalı həkim reanimatoloq, «Professor» ləqəbilə tanınan Borisov Yuliy Afanasiyeviç 1993-cü ildə Moldovanın paytaxtı Kişinyovda müxtəlif ixtisaslı həkimlərdən ibarət cinayətkar qruplaşma yaradıb.

Publika.az Rusiya mediasına istinadən məlumat verir ki, «Ağxalatlılar» adlı cinayətkar dəstənin tərkibinə mama-ginekoloqlar, təcili tibbi yardım həkimləri, reanimatoloqlar, tibb bacıları və sanitarlar daxil idi.

«Ağxalatlılar» 6 il ərzində bir çox cinayətlərə imza atıb və uzun müddət gizliliyini qorumağı, məsuliyyətdən kənarda qalmağı bacarıb. Dəstə başçısı Borisov Yuliy Afanasiyeviçə gəlincə, o, dəfələrlə xarici tibbi simpoziumlarda iştirak edib. Həmin simpoziumların birində uşaq və insan orqanı ticarəti ilə məşğul olan beynəlxalq cinayətkar təşkilatdan ona əməkdaşlıq haqda təklif gəlir. Afanasiyeviç bir qədər düşündükdən sonra Hippokrat andını unudub ona edilən qeyri-insani təkliflə razılaşıb.

Məhz elə həmin vaxtdan Kişinyovda, eləcə də Moldovanın digər şəhər və rayonlarında yerləşən doğum evlərinin əksəriyyətində gənc ailələrə «Sizin övladınız doğuş zamanı ölüb»,- deyə təsəlli verirdilər. Adən-ənənəyə uyğun olaraq övladlarını dəfn etmək üçün körpənin cəsədini tələb edən valideynlərə isə «Bu, sizin üçün əlavə travma ola bilər. Həm də cəsəd artıq yandırılıb»,- deyə standart cavab verirdilər.

O zaman bu cür faktları yoxlamaq praktiki cəhətdən mümkün deyildi. Həm də heç kimin ağlına gəlməzdi ki, Hippokrat andı içmiş birisi bu tip iyrənc əmələ qol qoyar. Bundan başqa, doğum evlərində hamilə qadınların yanında yaxınları olmurdu. Kimisə onların yanına buraxmaq isə çətin məsələ idi. Bu vəziyyət isə «Ağxalatlılar»ın işinə yarayırdı. Düzdür, bəzi valideynlər şübhələndikləri üçün polisə şikayət ərizəsilə müraciət etsələr də, hüquq-mühafizə orqanları sonda heç bir nəticə əldə edə bilmirdi. Çünki hər şey ustalıqla ört-basdır edilir, sənədlər ideal formada tərtib olunurdu.

«Ağxalatlılar» adlı cinayətkar qruplaşmanın fəaliyyətinə gəlincə, onlar yeni doğulmuş sağlam körpələri heç kimin ruhu belə duymadan çox asanlıqla xaricdəki sifarişçilərə göndərirdi. Qeyd edək ki, dəstə başçısı hər sifarişə görə tələb etdiyi məbləği öncədən alırdı.

Öz dəstəsinə təcili tibbi yardım həkimlərini və reanimatoloqları cəlb edən «Professor» bu yolla avtoqəzalar və bədbəxt hadisələrlə bağlı dərhal məlumat əldə edirdi. Yalnız onun göstərişindən sonra xəstə ya xilas edilir, ya da onun orqanları «müsadirə» olunurdu. Afanasiyeviçi daha çox cavan və sağlam insan orqanları cəlb edirdi.

1999-cu ildə xəstəxanaya qəzadan sonra daxili qanaxma diaqnozu ilə gənc birisi daxil olur. Onu xilas etmək mümkün idi. Həmin gəncin anası da ixtisasca həkim olub və o, həmkarlarına oğlunun xilas edilməsi üçün yalvarıb. Yuliy Borisov şəxsən özü gəncin anası ilə söhbətləşib və əllərindən gələn hər şeyi edəcəklərinə dair ona söz verib. Lakin «Professor» vədinə əməl etməyib. Çünki kifayət qədər sağlam olan gəncin orqanları onun üçün əlavə gəlir demək idi. Bu səbəbdən də Yuliy Borisov dəstəsinin üzvlərinə nəyin bahasına olursa-olsun, gəncin həyatına son vermək barədə xüsusi tapşırıq verib. Beləliklə, oğlan əməliyyat masasında dünyasını dəyişir. Onun anası isə oğlunu xilas etmədiyinə, onu öldürdüyünə görə «Professor»u lənətləyir. Qadının qarğışı düz bir ay sonra öz işini görür. Belə ki, bu hadisədən bir ay sonra axşam saatlarında həmin xəstəxanaya yol-nəqliyyat hadisəsi nəticəsində yüngül bədən xəsarəti almış gənc oğlan gətirilir. Gəncin yaxınlarının hələ ki hadisədən xəbərsiz olduğundan yararlanan «Ağxalatlılar» onu öldürür, sağlam qaraciyərini isə satış üçün hazır vəziyyətə gətirirlər.

"Professor" yalnız səhər vəziyyətin nə yerdə olduğunu, öz əllərilə yeganə oğlunu öldürdüyünü anlayır. Bundan sonra ağlını itirən, sayıqlamağa başlayan ata polisə gedib hər şeyi etiraf edir, dəstə üzvlərinin adlarını, 6 il ərzində törətdikləri cinayətləri bir-bir sadalayır. Bu, beynəlxalq kriminal tarixin ən səs-küylü hadisəsi kimi yaddaşlarda qalır.

Vazeh Bəhramoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR