• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Bağırov və Beriya . Məxfi protokollar” – Yeni nəşr

“Bağırov və Beriya . Məxfi protokollar” – Yeni nəşr

İstedadlı tədqiqtçı Adıgözəl Məmmədovun yeni kitabı işıq üzü görüb. "Bağırov və Beriya . Məxfi protokollar" adlı kitabda tariximizin yaxın, amma olduqca mübhəm, qaranlıq bir epoxasına işıq salınır.

..Əslində Beriyanın və Bağırovun gizli , çox vaxt isə aşkar əməlləri müəyyən mənada, həmçinin milli maraqlara da xidmət edirdi. Bu iki şəxsin ən böyük xidmətləri isə Azərbaycan xalqını bütünlüklə Sibirə sürgündən xilas etmək və Türkmənçay müqaviləsinə əsasən bölünmüş Azərbaycanın iki hissəsinin birləşdirilməsi ilə bağlı idi . L.P.Beriya Azərbaycan kəşfiyyatçıları ilə bir yerdə siyasi fəaliyyətə başlayaraq, həyatının sonuna kimi azərbaycanlılara hüsn-rəğbət bəslədi. Bizim kitabda belə bir həqiqəti, nə qədər paradoksal səslənsə də, tarixi faktlarla sübut edən kifayət qədər dəlillər var. Beriya və Bağırovun həyatlarının yeni, bilinməyən səhifələri, onların gizli fəaliyyətləri bu kitabda öz əksini tapıb.

Beriya və Bağırova qarşı qurama, tələsik, qeyri-obyektiv aparılan istintaq, o vaxtların ölçüləri ilə götürsək, şübhəsiz ki sifarişli və olduqca siyasi idi. Ona görə ki, bu ittihamçılar və onların sifarişçilərinin böyük əksəriyyəti özləri müxtəlif cinayətlər törədərək, günahsız insanları güllələnməyə məhkum etmişdilər. Sanki onlar bu cinayətlərin şahidi olmuş Bağırovu və Beriyanı fiziki cəhətdən məhv etməklə, törətdikləri cinayət əməllərini və niyyətlərini güllələnmiş insanların məzarlarında gizlətmək istəyirdilər.

İki qəhrəmanının həyat tarixçəsinin bir çox məqamları "yeddi möhürün" arxasında hələ də gizlədilir. Stalinin dövrünə aid siyasi repressiya haqqında arxiv sənədlərini əldə etmək son dərəcədə çətindır. Kreml hökmdarlarının hələ açılmamış böyük miqyasda cinayətləri hələ də tarixi informasiya kimi arxivlərdə saxlanılır. Bu arxivlər açıldıqca onların böyük miqyasda törətdikləri iyrənc işlər adamı heyrətə gətirir… Lakin tarix göstərdi ki, onlar istəsələr də və çalışsalar da bu sirlərini gizli saxlaya bilmirlər. Bu sirlərin çoxu yenicə çapdan çıxmış kitabda faş olunur.

Bir sözlə, sovet dövrünün sirlərini, yaxın tariximizi öyrənmək istəyənlər üçün maraqlı bir masaüstü vəsaitlə tanış olmaq imkanı var.

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR