Azərbaycan elminə ağır itki
Bizi izləyin

Qırmızı.az

Azərbaycan elminə ağır itki

AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev fevralın 3-də 77 yaşında vəfat edib.

Publika.az-ın məlumatına görə, mərhumla vida mərasimi bu gün saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında keçiriləcək.

Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub.

Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olub.1982-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının V.Steklov adına Riyaziyyat İnstitutunun Müdafiə Şurasında dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.

Alim 1985-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə “Riyazi analiz” ixtisası üzrə professor elmi adına layiq görülmüş, 1985-1989-cu illərdə AAK-ın qərarına əsasən Tbilisi Dövlət Universiteti nəzdində regional doktorluq şurasının üzvü təyin olunub.

1989-cu ildə A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2001-ci ildən A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, həmin ilin iyul ayından isə akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olub. A.Hacıyev 2002-2005-ci illərdə Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” ixtisasları üzrə ekspert komissiyasının sədri olub, 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat və mexanika ixtisasları üzrə doktorluq müdafiə şurasının sədridir.

Alim 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 100-dan artıq elmi əsərin və monoqrafiyanın müəllifidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm