• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Neptun" supermarket şəbəkəsinin yeni ünvanı

"Neptun" supermarket şəbəkəsinin yeni ünvanı

Yeni Neptun - Əhmədli

Azərbaycanda 2003-cü ildən fəaliyyətə başlayan Neptun Supermarketlər şəbəkəsi müasirliyi və məhsul müxtəlifliyi ilə fərqlənir. Supermarketlər şəbəkəsi, uzun müddət şəxslərin bərabər fəaliyyəti nəticəsində bir ailə şirkətinə çevrilmişdir. Buna səbəb isə supermarketlər şəbəkəsinin hər cür şəraitdə rəqabət və yeniliklər üzərində çalışmasıdır.

Supermarketlər həm yerli, həm də xarici məhsulların satışını həyata keçirir. Neptun Supermarketlər şəbəkəsində keyfiyyəti, ekoloji təmiz tərkibi, saxlanma müddəti və s. ilə seçilən Almaniya və digər Avropa məhsulları da yer alıb.

Müştərilərinin hər bir istək və maraqlarını nəzərə alan, yeniliklərlə dolu daha bir Neptun Supermarketi tezliklə xidmətinizdə olacaq.

Şəhərimizin hər bölgəsində uğurla fəaliyyət göstərən şəbəkənin yeni ünvanı Telnov küçəsi 2347-48, Əhmədli metrosu yaxınlığında olacaq.

Yeni supermarket 5 fevral 2015, 12:00-dan etibarən müştərilərin xidmətində olacaq. Yeni supermarketdə digərlərində olduğu kimi alıcıların rahatlığının təmin olunması məqsədi ilə bütün şərait yaradılacaq. Buradan siz müxtəlif növ qida məhsulları, məişət-təsərrüfat malları, kiçik ev elektronikası kimi məhsullar ala bilərsiniz.

Yeni supermarketdə sizləri bol-bol kampaniyalar gözləyir. Bonuslu məhsullar, 1+1 hədiyyə kampaniyası, pulsuz hədiyyələr, hər günə özəl endirimli məhsul kampaniyasından yararlana bilərsiniz.

Əyləncəli və fürsətləri ilə dolu açılış gününə hamını dəvət edirik!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR