Nəqliyyat eksperti: “Avtomobili yol dirəyinə çırpılıb həyatını itirənlərin qanı batır”
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat eksperti: “Avtomobili yol dirəyinə çırpılıb həyatını itirənlərin qanı batır”

“Yolların konstruksiyasında, texniki vəziyyətində, tənzimləmə vasitələri ilə təchizində olan problemlərdən baş verən qəzalara düzgün hüquqi qiymət verilmir. Çünki buna görə konkret cinayət məsuliyyəti müəyyən edən norma yoxdur”.

Bu barədə Publika.az-a nəqliyyat sahəsində ekspert Ərşad Hüseynov bildirib.

“KİV-də bir məlumat oxudum ki, dünən Sulutəpə tərəfdə minik avtomobilinin dairəyə çırpılması nəticəsində sürücü ölüb. Bu məlumat neçə ildir ki, məni narahat edən bir problemi bir daha aktuallaşdırdı. Ölkəmizdə yolların konstruksiyasında, texniki vəziyyətində, tənzimləmə vasitələri ilə təchizində olan və başqa bu kimi problemlərdən baş verən qəzalara düzgün hüquqi qiymət verilmir. Daha dəqiqi, belə qəzalarda ölənlərin qanı batır, çünki buna görə konkret cinayət məsuliyyəti müəyyən edən norma yoxdur. Digər normaları belə hallara tətbiq etmək mümkün olsa da, bunun da təcrübəsi yoxdur”.

Ekspertin sözlərinə görə, 2 il əvvəl belə bir normanın layihəsini hazırlayaraq Milli Məclisə göndərib. Amma yalnız buna görə təşəkkür alsa da, həmin layihə diqqətdən kənarda qalıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm