Şamaxı-İsmayıllı zonasında 10 baladək zəlzələ ola bilər
Bizi izləyin

Qırmızı.az

Şamaxı-İsmayıllı zonasında 10 baladək zəlzələ ola bilər

Azərbaycanda zəlzələlərin baş vermə ehtimalı olan zonalar və həmin zonalarda maksimum neçə ballıq zəlzələlərin baş verə bilməsinin mümkünlüyü müəyyənləşdirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ümumilikdə Azərbaycanın bütün ərazisində seysmik təhlükə səviyyəsi 8 balla qiymətləndirilir. Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında 7 baladək zəlzələnin ola biləcəyi ehtimal edilir.

Böyük Qafqazın cənub yamacında - Qəbələdən Balakənə qədər olan hissədə, cənub zonasında zəlzələnin baş vermə mümkünlüyü 9 balla qiymətləndirilir. Şamaxı-İsmayıllı zonasında daha yüksək -10 baladək zəlzələnin baş vermə ehtimalı var.

Mərkəzdən bildirilib ki, Bakı şəhərinin seysmik riski də qiymətləndirilib.

Məlum olub ki, Bakı şəhərinin dənizətrafı hissəsi nisbətən yüksək seysmik riskə malikdir. Paytaxtın mərkəzi hissəsi isə seysmoloji baxımdan nisbətən aşağı riskli ərazilər hesab edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm