Bakıda yol polisindən film kimi əməliyyat – VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda yol polisindən film kimi əməliyyat – VİDEO

Əməliyyatda 3 DYP avtomobili iştirak edib.

Sosial şəbəkələrdə Dövlət Yol Polisinin Bakıda keçirdiyi film kimi əməliyyatın görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, paytaxtda, aeroport yolunda Dövlət Yol Polisi əməkdaşları motosiklet sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” əmri veriblər.

Görüntülərdən məlum olur ki, motosiklet sürücüsü DYP əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb, ərazidən qaçmağa cəhd edib.

Qaçan motosiklet sürücüsünü saxlamaq üçün 3 DYP avtomobili cəlb olunub. Onlar qaçmağa cəhd göstərən sürücünü üç istiqamətdən sıxışdırıb saxlamaq istəyəndə, motosiklet aşıb.

Yol polisi əməkdaşları dərhal əmrə tabe olmayan sürücüyə tərəf qaçaraq, onu yerə yıxıblar və qandallayıblar.

Qeyd edək ki, həbs zamanı polisin saxla əmrinə tabe olmayan sürücüyə zərbə endirməsi də görüntülərdə əks olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm