Qırmızı.az
Zabit oğlunun Zakir Həsənova müraciətinə cavab verildi - FOTO
Müdafiə Nazirliyi ötən il xidməti zamanı həlak olan
pilotun oğlunun müraciətinə reaksiya verib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən cavabda
bildirilib ki, 2013-cü il fevralın 11-də Müdafiə Nazirliyinin Hərbi
Hava Qüvvələrinə məxsus helikopter Bakının “Şıx” çimərliyi
istiqamətində qəzaya uğrayıb və nəticədə helikopterin ekipaj
üzvləri - kapitan Yaşar Mail oğlu Əhmədov, baş leytenant Rüstəm
Gülhüseyn oğlu Rüstəmov və leytenant Bəhruz Novruz oğlu Zeynalov
həlak olub.
Müdafiə Nazirliyi bir daha həlak olan hərbi qulluqçularımızın
əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr
diləyir.
Nazirlik qeyd edib ki, kapitan Yaşar Əhmədovun həlak olması faktı
üzrə hazırda Respublika Hərbi Prokurorluğunda istintaq
aparılır.
Baş vermiş hadisəyə Hərbi Prokurorluq tərəfindən hüquqi qiymət
verildikdən sonra müraciətdə qeyd olunan məsələlərə baxılacaq.
Qeyd edək ki, bu ilin fevralın 11-də Yaşar Əhmədovun 13 yaşlı oğlu
Nicat Əhmədov atasına şəhidlik statusunun verilməsi üçün müdafiə
naziri Zakir Həsənova müraciət etmişdi:
“Hazırda mənim ən böyük arzum atama şəhidlik adının
verilməsidir.
Atamın doğulduğu Qazax rayon Aslanbəyli kənd orta məktəbinə də
atamın adının verilməsini istərdim. Ailəm atama şəhid statusun
verilməsi üçün bir sıra dövlət orqanlarının rəhbər və vəzifəli
şəxslərinə müraciət edib. Hamısı bildirib ki, bu cinayət işi
bağlandıqdan sonra status məsələsinə baxılacaq. Ancaq mən bir daha
ailəm adından sizin vasitənizlə müdafiə naziri Zakir Həsənova
müraciət edirəm. Xahiş edirəm ki, mənim müraciətimin reallaşmasına
nazir özü daha yaxından nəzarət etsin” /Aznews.az/
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ