Aslan Aslanov Lamiyədən DANIŞDI: “Sifarişdir...”
Bizi izləyin

Qırmızı.az

Aslan Aslanov Lamiyədən DANIŞDI: “Sifarişdir...”

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və türmədə ana olan Lamiyə Quliyeva olayı get-gedə böyüyür.

Publika.az xəbər verir ki, qalmaqallı işdə adı hallanan Şəmkirin icra hakimiyyəti başçısı işləmiş Aslan Aslanov ANS-ə açıqlama verib. O, bu işdə adının hallanmasını yalan adlandırıb və övlad itirən valideyin kimi spekuliyasiyalardan təəssüf keçirib.

"Xahiş edirəm ki, bizim yaramızı təzələməyin. Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarının həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim. Bu barədə yazılanlar təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm”.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu məhkum Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsi faktı ilə bağlı rəsmi araşdırmalara başlayıb. Baş prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanovun verdiyi məlumata görə, hazırda Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 28 yaşlı Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında uşaq dünyaya gətirməsilə əlaqədar Ədliyyə Nazirliyi ilə birgə müvafiq tədbirlər həyata keçirilir.

Xatırladaq ki, 2003-cü ildə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirdiklərinə görə həbs olunmuşdular. Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il həbs cəzası alıb. Sonradan Lamiyənin cəzası 5 il 6 ay artırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm