Bakının mərkəzində 2 nəfər bıçaqlandı, 4 nəfər tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində 2 nəfər bıçaqlandı, 4 nəfər tutuldu

Bakının mərkəzində dava olub, 2 nəfər bıçaqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, fevralın 4-də saat 00.50 radələrində 28 May küçəsində Bakı şəhər sakinləri, 1980-ci il təvəllüdlü Tehran Hacıyevə və 1986-cı il təvəllüdlü Rəşad Mustafayevə bıçaqla xəsarət yetirilib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri – 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov müəyyən olunaraq tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm