Qırmızı.az
ETTELAAT-la əməkdaşlıq edənlərə 27 il iş verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi
xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran şəhər
sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi başa
çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi
prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü
ilə Faiq Qurbanov 14 il, Seymur Rzazadə isə 13 il müddətinə
azadlıqdan məhrum edilib.
İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi
xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar
Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli
bilinirlər.
İttihamda qeyd olunub ki, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın
əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq
Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və s. kimi
sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar
verib. Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə
əməkdaşlığa cəlb olunub.
Seymur Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm”
məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq
əsasında Lənkəranda möminlərin vəziyyəti ilə maraqlanıb,
dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran
dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini
həyata keçirib.
İstintaq sənədlərinə görə, Seymur Rzazadə Lənkəranın polis rəisi,
sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam
Allahşükür Paşazadənin cənub bölgəsinə səfərləri, Türkiyənin
Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt
yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar
haqqında məlumatlar toplayaq Qaffariyə ötürüb.
Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL