Baş Prokurorluqdan məhkəmədəki qətllə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Baş Prokurorluqdan məhkəmədəki qətllə bağlı açıqlama

Fevralın 4-də Balakən rayon məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib.

Publika.az-a Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada aldığı xəsarətlərdən ölüb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm