Lamiyənin işində şok dönüş
Bizi izləyin

Qırmızı.az

Lamiyənin işində şok dönüş

Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan hökmünün ağırlığına görə apelyasiya protesti və müddətin bərpa olunması üçün vəsatət verib.

Publika.az azadlıq.info-ya istinadən xəbər verir ki, bu gün 4 saylı cəzaçəkmə müəssisəsində Xətai rayon məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə vəsatətə baxılıb. Dövlət ittihamçısı qismində Eldar Balakişiyev çıxış edib. Müddətin bərpa olunması ilə bağlı vəsatət təmin edilib, protestə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.

Prosesdə Lamiya Quliyevanın müdafiəçisi Fəxrəddin Mehdiyev, həmçinin Lamiyə Quliyeva özü iştirak edib.

İşə yaxın zamanlarda Apelyasiya Məhkəməsində baxılacaq.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a məlumatı təsdiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm