Tarix İnstitutu səhvə görə işçiləri günahlandırdı
Bizi izləyin

Qırmızı.az

Tarix İnstitutu səhvə görə işçiləri günahlandırdı

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu saytında gedən yanlış məlumata görə texniki işçiləri günahlandırıb.

İnstitutdan Publika.az-a verilən məlumata görə, Tarix İnstitutu bəzi elektron KİV-lər tərəfindən onların saytına istinadla Ağdam və Ağdərə rayonlarının işğalı ilə bağlı verilən məlumatı qəbul etmir: “İnformasiya agentliklərinin diqqətinə çatdırırıq ki, saytın müvafiq bölmələri üzərində iş gedir və bu barədə həmin səhifədə bölmə üzərində iş getdiyi qeyd olunub. Üzərində iş gedən dəqiqləşdirilmiş məlumat 20 sentyabr 2014-cü ildə saytın texniki xidmətçilərinə göndərilsə də, onun əvəzində texniki işçilər yanlış baneri İnstitutla razılaşdırmadan saytda yerləşdiriblər”.

İnstitutdan qeyd edilib ki, Ağdərə rayonunun işğalı 7 iyul 1993-cü il tarixdə deyil, 15 fevral-10 mart 1993-cü il tarixlərdə baş verib. Bu barədə “Azərbaycan” qəzetinin 29 mart 1997-ci il tarixli sayında da məlumat verilib: “İctimaiyyətin nəzərinə çatdırırıq ki, bölmə üzərində iş getdiyinə görə Tarix İnstitutu göstərilən məlumatı rəsmi olaraq sayta qoymayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm