“Opel” və “Lada” toqquşub
Bizi izləyin

Qırmızı.az

“Opel” və “Lada” toqquşub

Bakıda “Opel” və “Lada” markalı 2 minik avtomobili toqquşub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda “Opel” və “Lada” markalı 2 minik avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, “Lada” markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm