Metroda problem: sərnişinlər qatardan düşürdüldü
Bizi izləyin

Qırmızı.az

Metroda problem: sərnişinlər qatardan düşürdüldü

Bu gün səhər metroda yenə problem yaranıb. Belə ki, sərnişinlər stansiyada düşürdülüb və qatar depoya göndərilib.

"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Publika.az-a bildirib ki, səhər saat 08:14-də metronun "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən 25 saylı marşrutun qapılarında nasazlıq yaranıb.

Bu səbəbdən də sərnişinlər "Azadlıq prospekti" stansiyasında düşürdülüb, qatar depoya göndərilib. "Gənclik" stansiyasında nasazlıq aradan qaldırılıb və qatar normal hərəkətini bərpa edib.

N.Paşayev deyib ki, qatarların qrafikində gecikmə olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm