Əsgərimiz şəhid oldu
Bizi izləyin

Qırmızı.az

Əsgərimiz şəhid oldu

Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm