Polis Bakıda Ərəb şeyxləri olduğu deyilən avtomobilləri saxladı – FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Polis Bakıda Ərəb şeyxləri olduğu deyilən avtomobilləri saxladı – FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polis İdarəsi (DYP) əməkdaşları bir neçə gündür paytaxtda yol qaydalarını pozan və Ərəb şeyxləri olduğu deyilən şəxsləri saxlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, yol polisi qaydanı pozan həmin şəxslərin avtomobilini də cərimə meydançasına aparıb.

Publika.az avtomobilin saxlanılan an çəkilmiş fotosunu təqdim edir.

Vasif Həsənli

*****

Bakı şəhərində sükanı arxasında əmmaməli sürücülər olan eksklüziv üç avtomobil peyda olub. Avtomobillər paytaxtda rast gəlinməyən 6 təkərli "Gelandewagen", "Range Rover Cabrio" markalı avtomobillərdir. Onları ərəb qiyafəsində olan adamlar sürürlər.

Oxucuların "Milli.az"a verdikləri məlumata görə, həmin avtomobillər Bakıya bir neçə gün əvvəl Dubay aviareysi ilə gətirilib. Ərəb qiyafəsində olan şəxslər maşınları ilə hava limanından birbaşa şəhərə doğru irəliləyiblər.

Əldə etdiyimiz digər məlumata görə, həmin avtomobillərdən biri dünən axşam Əziz Əliyev küçəsində tıxaca düşüb. Sürücü isə avtomobili piyada səkisinə çıxararaq yoluna davam edib. Onu yol polisi saxlamağa cəhd etsə də, heç bir nəticə olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm