• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bahar Muradova: "Ailədə də tolerant olmalıyıq"

Bahar Muradova: "Ailədə də tolerant olmalıyıq"

"Hər bir ailə öz möhkəmliyini təmin etmək üçün ailə qanunlarını bilməlidir və onu milli, mənəvi dəyərlərlə vəhdətdə götürməyi bacarmalıdır. Maariflənmədən danışırıqsa, qanunvericilik istiqamətində maarifləndirmə işinə diqqət yetirməliyik".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin vitse spikeri Bahar Muradova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış "2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər planı"na dair konfransda deyib.

O bildirib ki, ailədaxili zorakılığın, cəmiyyətiçi zorakılığın, radikallığın, etnik separatizmin artdığı hazırkı dövrdə bu məsələlər xüsusilə əhəmiyyət kəsb edir: "Biz yaşadığımız dövrdə çox suallar içində qalırıq, Bu suallara cavabı isə gah elmdə axtarır, gah da dinimizə, mənəviyyatımıza müraciət edirik".

Onun sözlərinə görə, çox zaman da suallarımıza ayrı-ayrı ünvanladığımız üçün cavab ala bilmirik: " Bu sualların cavabını isə bütün bunları vəhdətdə tutaraq tapmalıyıq. Əgər biz ailədaxili nizamdan danşırıqsa, yalnız şəriətə müraciət etməli deyilik. Biz dünyəvi ölkə olaraq hər şeyə milli mənəviyyatın gözü ilə baxmalıyıq".

O qeyd edib ki, Azərbaycanın hazırkı durumu, etnik separatizmə məruz qalması bir çox problemləri qarşımıza çıxarıb: "Azərbaycan xalqının 1 milyon 200 min nəfəri qaçqın şəraitində yaşayır. Bu, həmin insanların adət etdiyi, normal qəbul etdiyi həyat şəraitinin dəyişməsi, özü də mənfiyə doğru dəyişməsinə şərait yaradıb. Bizim bir rayonda, kənddə belə fərqlənən adət-ənənələrimiz var. Biz bunları qəbul edərək, onlarla birgə yaşamağa öyrəşmişik. Amma bu insanların nizamı tamamilə pozulub. Onlar üzləşdiyi ailədaxili nizamı itiriblər".

O deyib ki, məişətdə üzləşdikləri müxtəlifliklər onları bu problemləri aşmağa imkan vermir: "Ona görə də, biz cəmiyyətdə nə qədər tolerantıqsa, ailəldə də o qədər tolerant olmaq üzərində düşnməliyik".

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR