İntiharda adı hallanan məktəbin direktoru danışdı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İntiharda adı hallanan məktəbin direktoru danışdı (YENİLƏNİB)

Publika.az-a danışan Arabaçı kənd orta məktəbinin direktoru yayılan məlumatlara aydınlıq gətirib.

Direktor Tofiq Nəbiyev intiharın müəllimlə əlaqələndirilməsini düzgün hesab etmir:

“Hadisə yanvarın 19-da baş verib. Uşağın valideynləri evdə olmayıb. Həmin gün məktəbdə tədbir var idi, bizə günorta saatlarında məlumat verdilər ki, hadisə baş verib. Lakin müəllimin onu təhqir etməsi məlumatı doğru deyil. Bu məsələdə adıçəkilən Rübaid Mirzəyev həm də həmin sinfin sinif rəhbəridir.Şahin Abbasovun dərsə davamiyyətində heç bir problem olmayıb. Onun qavrama qabiliyyəti bir az zəifdir. Lakin buna görə, onun təhqir edilməsi mümkün deyil. Bu məsələnin məktəblə əlaqələndirməsi düzgün deyil. Müəllim şagirddən yalnız, oxumaq, davamiyyət tələb edə bilər. Onu döymək, təhqir etmək mümkün deyil”.

Direktor onu da bildirib ki, Ş.Abbasovun özündən getməsi olub.

“Ola bilər ki, o intihar etməyib. Sadəcə evdə heç kim olmadığına görə, onu xilas etmək mümkün olmayıb”.

Gülxar

***

Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın məlumatına görə, Arabaçı kəndində özünü asaraq intihar edən 2004-cü il təvəllüdlü Abbasov Şahin Gülzalı oğlunun orta məktəbdə müəllim tərəfindən döyüldüyü bildirilir.

İddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşib. O, daha sonra özünü asaraq intihar edib.

Özünü öldürmə faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Ş.Abbasovun valideynləri və digər yaxınları ilə yanaşı, müəllimləri və sinif yoldaşları da istintaqa ifadə verib. İstintaq sirri olduğundan onların ifadəsi açıqlanmır.

Özünü öldürən məktəblinin meyitinin ekspertizasından əldə edilən nəticələr yaxın günlərdə hazır olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm