• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Salyanda maşın kanala düşüb, sürücü ölüb

Salyanda maşın kanala düşüb, sürücü ölüb

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Salyan rayonu, Kürsəngi kəndi ərazisində "VAZ" markalı minik avtomobili kanala düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1949-cu il təvəllüdlü Məhərrəmov Mais Sandalı oğlunun deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində boğularaq, həlak olması məlum olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobili kanaldan çıxarıb, cəsədi isə aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR