Birinci sinfə qəbul qaydası dəyişir
Bizi izləyin

Qırmızı.az

Birinci sinfə qəbul qaydası dəyişir

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi birinci sinfə qəbul qaydalarında yenilik edəcək.

İdarədən Publika.az-a verilən məlumata görə, valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesini elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutulub.

Bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır. Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlanıb

Bu səbəbdən, fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilmiş, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.

Görüş qarşılıqlı müzakirə şəklində keçib, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm