Lamiyə məhkəməyə gətirilir
Bizi izləyin

Qırmızı.az

Lamiyə məhkəməyə gətirilir

Həbsdə nəzarətçini döydüyü üçün cəzası 5,5 il artırılan Lamiyə Quliyevanın apelyasiya şikayətinə baxılacaq.

Məhkumun vəkili Fəxrəddin Mehdiyev “Modern.az”a bildirib ki, protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq. Onun sözlərinə görə, Lamiyənin cəzasının daha 5 il yarım artırılması haqda qərardan prokurorluğun verdiyi protestə məhkəmədə baxılacaq.

Vəkil ümid edib ki, cəzası yüngülləşəcək. Axar.az-a daxil olan məlumata görə isə Lamiyənin həbsdə övlad dünyaya gətirməsinin ictimailəşməsi, bu hadisə ətrafında yaranmış ajiotaj, parlamentin məsələyə reaksiyası, Penitensiar Xidmət rəisinin çıxışı məhkumun azadlığa buraxılması üçün perspektiv yaradıb.

O da bildirilir ki, Lamiyənin məhkəməyə gətirilməsi istisna deyil. L.Quliyeva Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə ittiham olunaraq 2003-cü ildə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, daha sonra isə cəzası 5,5 il artırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm