Qırmızı.az
Qəbiristanlıqdakı lövhə görənləri şoka saldı - VİDEO
Yeni Suraxanıda qəribə bir addım atılıb. Qəbiristanlıqda bir lövhə vurulub. Orda yazılanları görüb şoka düşməmək olmur.
İslam dininə görə bir adam dünyasını dəyişərsə, onun qısa bir
zamanda basdırılması vacib əməllərdən sayılır. Bunun üçün də şəhər
və qəsəbələrdən kənarda qəbirstanlıqlar salınır ki, vəfat edənlər
orada dəfn edilsin. Amma Yeni Suraxanı rayonu, 14 iyun küçəsində
yerləşən qəbirstanlıqda - “Yeni Suraxanıda qeydiyyatda olmayanlar
dəfn olunmur” yazısı bizdə təəccüb doğurdu. Bu zaman ortaya bir
sual meydana gəlir. Bəs dünyadan köçən harada basdırılmalıdır. Yəni
bunun üçün xüsusi qəbirstanlıqmı olmalıdır? Məsələni aydınlaşdırmaq
üçün məzarlıqda məsul şəxsləri nə tapa bildik, nə də bir məlumat
əldə etmək mümkün oldu. Məsələyə münasibət bildirən ilahiyyatçılar
dedi ki, qəbirstanlıq tərəfindən verilən bu qərar islama heç də xoş
olmayan bir haldır.
“İslam dinin baxşında bir insan dünyasını dəyişərsə, onun dəfnində
mütləq qeydiyyat deyə bir şey buyrulmayıb. Sadəcə olaraq dəfn
olunması və ona məxsus olan əməllər buyurulub. Qeydiyyat
məsələsinin dini baxımdan heç bir əsası yoxdur. Din bunu normal
qəbul etmir. Çünki hər bir şəxs insandır və hər bir kəs də bir gün
dünyasını dəyişəcək. Bu baxımdan hamı üçün torpaq eyni olmalıdır” –
deyə ilahiyyatçı Hacı Fuad bildirib.
Biz də bu qəribə lövhənin nəyə xidmət etdiyini öyrənmək üçün Bakı
Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki,
həmin qəbirstanlıq İcra hakimiyyətinin nəzarətində deyil.
Biz də Suraxanı Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan verilən məlumata görə, həmin qəbirstanlıq onların da
nəzarətində deyil. Amma ilkin ehtimala görə, bu yazının məqsədi
ərazidə, kənardan gətirilən cənazələrin dəfn edilməsinin qarşısını
almaqdır, deyə bildirdilər. Belə olan halda qəbirstanlığın kimin
nəzarətində olduğu və bu qaydaları kimin tərtib etdiyi naməlum
olaraq qaldı.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək