• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncədə bacısına görə cinayət hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü il fevralın 13-də Etibar Əliyevi bıçaqlayan şəxsi saxlayıb.

Hadisəni törədən Gəncə şəhər sakini Məmmədhəsən Həsənov olub. O, Etibar Əliyevi bacısı ilə aralarında olan münasibətə görə bıçaqlayıb.

Məmmədhəsən Həsənov bacısından Etibar Əliyevə zəng vuraraq 5-ci mikrorayon ərazisinə çağırmağı tələb edib. Etibar Əliyev həmin əraziyə gələndə isə ona 4 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, Etibar Əliyev və Aygün Həsənova hər ikisi də ailəlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR