Qənirə Paşayeva kənd məktəbliləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva kənd məktəbliləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva kənd məktəbliləri ilə görüşüb və onları oxumağa böyük önəm verməyə çağırıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tovuz kəndlərində məktəblilərlə görüşüb və onlarla geniş söhbət edib, suallarını cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız şou proqramlar və teleseriallar qarşısında keçirməməyə çağırıb. Gəncləri təhsillə ilə bərabər, boş qalan zamanlarında onları maraqlı kitablar oxumağa səsləyən millət vəkili "həyatınızda ən böyük zənginliyi oxumaqla əldə edə bilərsiniz" deyib.

Millət vəkili gənclərə ölkəmizin tarixi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. Eyni zamanda xarici dilləri öyrənmənin önəmi ilə də bağlı fikirlərini bölüşən millət vəkili Qənirə Paşayeva gəncləri bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb. Hərbi hazırlıq dərslərini yaxşı oxumağın önəmindən danışan millət vəkili Qənirə Paşayeva gənclərə ali təhsilin önəmini xusisi vurğulamaqla yanaşı ali təhsil ardınca getmək niyyətində olmayan gənclərə mütləq peşə təhsili almağa çağırıb və bu barədə geniş fikirlərini səsləndirib.

Millət vəkili görüşün sonunda təhsilində fərqlənən və elm dalınca getmək niyyətində olan gənclərə özünün müəllifi olduğu “Dünyanı dəyişən Alimlər” kitabını hədiyyə edib. Kitab haqqında məlumat verərək dünya tarixinə adını yazmış 50 böyük alim haqqında olan “Dünyanı dəyişən alimlər” adlı kitabının nəşr edilməsində məqsədin gənclərin elmə daha da meyillənməsinə dəstək göstərmək olduğunu deyib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış bir neçə azərbaycanlı alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab xoşunuza gələcək.”

Millət vəkili Qənirə Paşayeva müəllimləri gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”, – millət vəkili Qənirə Paşayeva deyib.

Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları çıxış edərək uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsini əhəmiyyətini vurğuladılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm