İcra başçısı “Sovetski”- nin narazı sakinləri ilə görüşəcək
Bizi izləyin

Qırmızı.az

İcra başçısı “Sovetski”- nin narazı sakinləri ilə görüşəcək

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Bakının Yasamal rayonu, Abdulla Şaiq və Nərmanov küçələrində (red: keçmişdə “Sovetski” adlanan ərazi) yerləşən binaların sakinlərinin köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib.

İcra başçısı İ.Vəliyev Publika.Az-a açıqlamasında artıq sakinlərin köçürülməsi prosesinə başlanıldığını söyləyib. Onun sözlərinə görə, köçürülən sakinlər arasında narazı qalanları da var: “Çalışırıq ki, onların problemlərini həll edək. Hazırda bu istiqamətdə iş aparılır, təkcə Yasamal rayon İcra Hakimiyyətindən 15 nəfər bu işlə məşğul olur. Bəzi sakinlər tərəfindən narazılıqlar da var. Əsas narazılıq edən adamlar evlərinin sahəsi az olan sakinlərdir. Çünki orada 15, 18, 20, 30 kvadrat sahəsi olan evlər də var. Az sahəsi olan evlərin kompensiasiyası 100 kvadrat olandan fərqlidir. Hər kvadratına 1500 manat kompensasiya ödənilir. Ona görə də arada fərq olduğu üçün həmin sakinlərin bəzi narazılıqları olur. Mən bu məsələ ilə bağlı rəhbərliyə də müraciət etmişəm. Gələn həftə biz həmin narazı qalan sakinlərlə də görüşüb yaxından söhbət aparacağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm