İstirahət gününün havası - Yağış və külək
Bizi izləyin

Qırmızı.az

İstirahət gününün havası - Yağış və külək

Bazar günü Bakıda hava yağıntılı və küləkli olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, fevralın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı proqnozlaşdırılır. Şimal küləyi əsəcək, arabir güclənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında fevralın 8-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşama doğru şimal və qərb rayonlarından başlayaraq hava yağıntılı keçəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir intensivləşəcək.


Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm