• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ərəblərin Salyan macəraları – FOTOLAR

Ərəblərin Salyan macəraları – FOTOLAR

Bir neçə gün əvvəl Bakı küçələrində peyda olan üç dəbdəbəli avtomobil sakinlərin böyük marağına səbəb olub.

Oxu.Az xəbər verir ki, iki 6 təkərli “Gelandewagen” və “Range Rover Cabrio” markalı avtomobillər Bakıya bir neçə gün əvvəl Dubay aviareysi ilə gətirilib.

Həmin avtomobillərlə birlikdə ölkəmizə ərəb turistlər səfər ediblər. Ərəblər gətirdikləri avtomobillərlə hava limanından birbaşa şəhərə doğru irəliləyiblər. Daha sonra onlar paytaxtda dəbdəbəli otellərin birində gecələyib, sonra ölkəmizin regionlarına səfər ediblər.

Təqdim olunan bəzi şəkillərin Salyan rayonu ərazisində çəkildiyi bildirilir.

Ehtimal olunur ki, ərəb turistlər Salyan rayonuna ova gediblər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 2009, 2012 və 2014-cü illərdə reyd keçirərək ərəb şeyxlərinin qanunsuz ovunu aşkarlamışdı. Son əməliyyat zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.

Belə ki, Ağgöl Milli Parkının ərazisinə daxil olmaq istəyən, içərisində İraq vətəndaşları Jamal Ahmed Salm və İmad Alabersan Hlailin olduğu 90 SR 229 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq götürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR