• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şamaxıda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Şamaxıda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şamaxı rayonu, Bakı- Qazax yolunun 122-ci kilometrliyində 1977-ci il təvəllüdlü Abbasov Eyub Nizami oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü Eyub Abbasov hadisə yerində vəfat edib, avtomobildə olan sərnişin bədən xəsarətləri alıb.

Xilasedicilər hadisə yerinə çatana kimi sürücü vətəndaşlar tərəfindən avtomobildən çıxarılıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR