Qızı olan ataların nəzərinə - hörmət edin
Bizi izləyin

Qırmızı.az

Qızı olan ataların nəzərinə - hörmət edin

Xalq arasında “qusma” deyilən, elmi adı isə bulimiya nervoza olan xəstəlik son illər artıb. Bu artımın səbəbi insanların kökəlmək qorxusudur.

Publika.az-ın xəbərinə görə, xəstəlik son illər gənclər arasında daha çox müşahidə edilir.

Xəstəlik uzun müddət gizli şəkildə inkişaf edir. Gənclər bunu valideynlərinə hiss etdirmədən gizlədə bilir. Bir araşdırma bu xəstəliklə bağlı daha bir özəlliyi ortaya qoyub.

Belə ki, bu vaxta qədər aparılan araşdırmalarda xəstəliyin əsas səbəbi kimi qızların anaları ilə olan münasibətləri diqqət mərkəzində olub. Sonuncu araşdırma isə ataların bu məsələdə rolunun daha çox olduğunu müəyyənləşdirib. Xəstəlikdə ata-qız münasibəti hər zaman diqqətdən kənarda qalıb. Lakin bu xəstəliyə tutulanların 90%-dən çoxu qızlardır. Onların da əksəriyyəti məhz yeniyetmə yaşında olanlardır.

Bu yaşda gənclər ətrafdakılara yaxşı görünmək üçün bu xəstəliyə tutulurlar. Xəstəliyin bir səbəbi ətraf mühitdirsə, digəri ataların münasibətidir. Qızı ilə yaxın olmayan, daim onu tənqid edən, həmçinin həyat yoldaşına hörmət etməyən analar bulimiya nervoza tutulan qızların ortaq səbəbidir.

Xüsusən, bulimiya nervoza tutulanlar yeniyetməlik dövründə valideynləri tərəfindən hörmətsizlik görür, bədən quruluşuna görə tənqid edilir.

Ona görə də, xüsusən atalar bu dövrdə qızlarına qarşı daha diqqətli olmaları, onları tənqid etməkdən çəkinmələridir. Həmçinin arıqlamaq üçün pəhriz saxlayarkən belə ona dəstək olub, düzgün pəhrizdən istifadəsinə dəstək olmalısınız.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm