Azərbaycan analoq TV-nin yayımının tədricən dayandırılmasına hazırlaşır
Bizi izləyin

Qırmızı.az

Azərbaycan analoq TV-nin yayımının tədricən dayandırılmasına hazırlaşır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Teleradio" İB respublika ərazisində analoq TV-nin yayımının tədricən dayandırılması prosesi ilə bağlı təklif hazırlayıb. Bu barədə Trend-ə İB-dən bildirilib.

Təkliflərdə rəqəmsal siqnalların müxtəlif istiqamətlərdən daxil olduğu əsasən iri şəhərlərdə (Bakı, Şirvan və Gəncə) analoq TV-nin yayımının tədricən mərhələli şəkildə əvəz edilməsi qeyd olunur: "Analoq yayımın tam kəsilməsi nazirliyin müvafiq yekun qərarından sonra gözlənilir".

Rəqəmsal TV siqnalları Azərbaycanın yaşayış məntəqələrinin 99 faizini əhatə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm