• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Lamiyənin anasından ŞOK AÇIQLAMA: "Mən müsahibə verməmişəm"

Lamiyənin anasından ŞOK AÇIQLAMA: "Mən müsahibə verməmişəm"

“Məndən ANS TV müsahibə istədi, vermədim. Mən heç kimə müsahibə verməmişəm. Həmin müsahibəni yəqin ki, Aslan Aslanov mənim adımdan yaydırıb”.

Bu sensasiyalı sözləri musavat.com-a məhkum Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib. O bildirib ki, dünən (fevralın 7-də) 4 saylı Cəzaçəkmə Müəssisəsində qızı ilə görüşüb: “Vəziyyəti yaxşıdır. 5-cü gün məhkəmə olacaq”.

Belə xəbərlər də var ki, L.Quliyevanın efirə çıxarılması üçün ona təzyiqlər olunur. Məhkum qadını efirə çıxarmaqla, bu günə qədər yazılanların dolayısı ilə də olsa, təkzib edilməsi, Aslan Aslanovun “təmiz”ə çıxarılması məqsədi güdülür.

Qeyd edək ki, L.Quliyevanın anası Ulduz Quliyeva (!) ilə müsahibəni "Azvision.az" saytı yayımlayıb və media da bu istinadla tirajlayıb. Amma maraqlıdır ki, "Musavat.com" məhkumun anasının adını Ulduz deyil, Kifayət olaraq qeyd edir.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 16 yaşı tamam olmamış, 2003-cü ildə nişanlısı Vüqar Əliyevlə birlikdə Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Vüqar ömürlük, Lamiyə 10 il cəza alıb. Daha sonra onun cəzası 5,5 il artırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR