• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Beyləqanda gənclərin intellektual seçim turu keçirilib

Beyləqanda gənclərin intellektual seçim turu keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Regionda intellektual hərəkatın təbliği” layihəsinin icrasına başlanıb.

Layihə çərçivəsində ilk rayon seçim turu Beyləqan rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, “Mil” İntellektual Klubu və “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin təşkilati dəstəyi ilə Beyləqan şəhərində baş tutub.

Beyləqan şəhər 3 saylı orta məktəbdə keçirilən yarışlar “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektual oyunları üzrə keçirilib. Ən yüksən nəticə göstərmiş iki komanda - “Mil” və “Millady” komandası layihə müddətinin sonunda keçiriləcək “Gənclik” kubokuna vəsiqə qazanıblar.

Xatırladaq ki, Beyləqan, Ağcabədi, Xocavənd, Füzuli rayonlarını əhatə edəcək layihə çərçivəsində hər rayonda “Nə? Harada? Nə zaman?” və “Xəmsə” intellektual oyun növləri üzrə yarışlar keçiriləcək, ilk 2 yerin qalibi olmuş komandalar layihə müddətinin sonunda Beyləqan rayonunda təşkil olunacaq “Gənclik” kubokunda - finalda oynamaq şansı qazanacaqlar.

Layihənin əsas məqsədi, region gəncləri arasında müxtəlif intellektual yarışlar təşkil etməklə gənclərdə cəld və düzgün qərar qəbul etmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellektual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR